Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədi rayonunda avtomobillər toqquşub, ölən var.

“Report”un xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Qasımov Şamil İlqar oğlu "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Allahverdiyev Yavər Adıgözəl oğluna məxsus "VAZ-21074" markalı və Muradov Vüqar Maşallah oğluna məxsus "VAZ-21063" markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mamedov Mahir Kərəm oğlunu vuraraq öldürüb.

Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.