Salyanda təqaüdçülər pul gözləyir -"Kapital Bank"dan AÇIQLAMA + YENİLƏNİB

Salyan şəhərində "Kapital Bank"ın rayon ofisinə bitişik bankomatda problem aradan qalxıb.
Bu barədə "Sherg.az"a "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov məlumat verib.

"İstirahət günləri ərzində bankomatda vəsait olub. Lakin texniki problemlərə görə işləmirdi. Həmin problemi uzaq məsafədən  həll etmək mümkün deyildi. Təmir briqadası yola düşüb, həll edib. Səhər saatlarından başlayaraq tam işlək vəziyyətdədir. Vətəndaşlar istifadə edə bilərlər" -, "Kapital Bank"ın mətbuat katibi bildirib.

12:13
Salyan şəhəri, Heydər Əliyev küçəsində "Kapital Bank"ın rayon ofisinə bitişik bankomat aparatının qarşısında təqaüdçülər 3-cü gündür  pul gözləyirlər.
Bu barədə Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov sosial şəbəkə paylaşım edib.
O bildirib ki, müraciətlərə baxmayaraq, bankdan heç bir reaksiya gəlməyib.
 "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov "Sherg.az"a məsələ ilə bağlı məlumatlı olduqlarını açıqladı:
"Bu işlə məşğul olan müvafiq şöbəyə məlumat yollamışam. Cavab verdikdən sonra sizi də məlumatlandıracam".