Əqli qüsurlu 25 yaşlı qız itkin düşüb

Sumqayıtda əqli qüsurlu 25 yaşlı qız itkin düşüb.

“Report”un yerli bürosu məlumat verir ki, Zeynəb Azər qızı Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmayıb.

O, itkin düşərkən üzərində çəhrayı rəngdə kostyumda olub. Hadisə ilə bağlı polisə məlumat verilib.