Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi müəyyən edilib

Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

Reklamınızı SmartBee ilə effektiv edin.
O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib: "4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu, başlanğıcdır. Proses davam etdirilir. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".

Qeyd olunub ki, iki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. Onlardan 3 nəfərin eyniləşdirilməsi qısa zamanda aparılıb.