Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.
Mediada yayılan xəbərlırə görə, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa” otelinin yaxınlığında "saxla” əmri verib.
Partiya sədri baş verənlərlə bağlı bildirib ki, onun avtomobilinə DYP tərəfindən həbs qoyulub:
"Bəli, bu gün səhər DYP əməkdaşı tərəfindən saxlanıldım. Avtomobilimin cərimə borcu 4700 manatdır. Bu səbəbdən maşını cərimə meydançasına aparıldı”.
Şəhərin Mərkəzində yaşadığını deyən Nemət Pənahlı "Sherg.az"a bildirib ki, maşını binanın qarşısında saxlayıb və buna görə də cərimə yazıblar:
"Cərimələrim çoxalıb və mənim də ödəməyə imkanım yoxdur. Sonra həmin cərimələrə görə , texniki baxışdan keçə bilmədim. Buna görə də əlavə cərimələr yığılmağa başladı. Həmçinin sığortanı da etməyə pulum yoxdur. Cərimələr isə bir ildir yığılıb və üzərinə faiz gəlib. Mən maşınımı evimin qarşısında saxlamışam və hər gün saxladığıma görə cərimə yazılıb. Başa düşmürəm Marsda saxlamalı idim?".