"Həmin övladlara ölüm arzulayıram"

"Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin: nə xəstəliyi, nə nankorluğu ilə. Nankor övlada ölüm arzulayıram".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Övladı üçün proqramına qatılan şəxsdən danışan aparıcı nankor övladlardan bəhs edib:

"O valideyn dost, düşmən içində ölür. O yaşayaraq ölən valideynin yerinə nankor övlad ölsün. Valideyn də gedib onu məzarının üstündə ağlasın. Mən tanınan insanam, beşi istəyəndə, onu istəmir. Evdə oturub, fəhləlik edənləri də istəməyənlər var. Valideynləri pis vəziyyətə salan övladlara ölüm arzulayıram".