Nofəl Qurbanov torpağa tapşırılıb

31 il əvvəl birinci Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov Sabunçu rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

"Report" xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhər ictimaiyyəti, şəhidin ailə üzvləri, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.