Emin Həsənli: "Bu həm də təslimçilik aktıdır"

2020-ci il10 noyabr bəyanatına atəşkəs hesab edirlər, amma bu təslimçilik aktı idi. Ona görə təslimçilik aktıdır ki, ermənilər Kəlbəcər, Laçın və Ağdamı da boşaltmağa razı oldular və bu, onların təslim olmasının göstəricisi idi ki, bir neçə şərti yerinə yetirdilər. Ancaq Laçın dəhlizi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan ərazisini birləşdirdiyinə görə o dəhlizi boşaltmamışdılar və Azərbaycan dövləti qısa müddətdə onlara alternativ yol çəkərək dəhliz boşaldıldı. Laçının iki kəndi boşaldı.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Emin Həsənli bildirib. O həmçinin, Laçına qayıdışın əhəmiyyəti və qaytarılma prosesindən də söz açıb:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə "Laçın Günü" qeyd edildi. Bu münasibətlə Həkəri çayının sahilində təntənəli bayram tədbiri keçirildi. Bunun çox böyük əhəmiyyəti var. 30 ildən sonra Azərbaycan xalqı Laçına qayıdır və böyük qayıdış başlayıb. Bu il cənab prezident çıxışında da qeyd etdiyi kimi, 1000 ailə Laçına qayıdıb və ilin sonuna qədər 900 ailənin qayıtması planlaşdırılır.

Laçın işğal ediləndə ermənilər oradan Qarabağa silah-sursat daşıdılar və Laçından, Şuşanın işğalı digər torpaqlarımızın işğalına gətirdi. Eyni zamanda Laçına, bilirsiniz ki, Yaxın Şərqdən ermənilər xeyli əhali məskunlaşdırmışdır qeyri qanuni məskunlaşma həyata keçirildi. beynəlxalq hüququn ən ağır cinayətləri, terror, separatizm, işğal faktı həyata keçirməklə yanaşı qeyri-qanuni məskunlaşmanı həyata keçirmişdilər və bunun üçün xeyli işlər görmüşdülər. Ancaq Azərbaycan dövləti onların bütün apardıqları işləri alt-üst etdiyi kimi, məskunlaşma siyasətini alt -üst etdi.

Azərbaycan xalqı. cənab Prezident çıxışında dediyi kimi, istedadlı xalqdır. Səkkiz ay ərzində Laçında çox böyük quruculuq işləri görür. Qısa müddət ərzində Qarabağda həddindən artıq böyük işlər görülüb. Füzulidə Zəngilanda, Laçında hava limanlarının tikintisi, Ağdam, Xankəndi, Füzulidən Şuşaya və böyük bir yolun "Zəfər yolu"nun çəkilməsi, Ağbənd yolun Zəngilana və gələcəkdə Zəngəzur dəhlizi ilə keçəcək böyük yolun həm avtomobil yolları, həm dəmir yollarının tikintisi ərazilərin minadan təmizlənməsi ilə bərabər şəraitdə aparılıb. Zəngilanda böyük bir qəsəbənin yaradılması, ardınca Laçına vətəndaşların qayıtması, Şuşaya qayıtması, özü də çox sevindirici haldır ki, ilk bu ərazilərə vətəndaşlarımız qayıdır və böyük bayramla qayıdır. Cənab Prezidentin orada keçmiş məcburi köçkünlərlə görüş, yollar böyük bayram qeyd edirlər və ölkə başçısına öz minnətdarlığını bildirirlər. Birinci vitse prezidentə öz minnətdarlıqlarını bildirirlər və Laçının azad olunması, Şuşanın azad olunması, Laçında nəzarət buraxılış məntəqəsinin bu il aprel ayının 23-ü qoyulması çox böyük hadisədir. Həm hərbi, həm siyasi, həm mənəvi, psixoloji baxımdan böyük bir hadisədir. Bu, eyni zamanda beynəlxalq hüququn həyata keçirilməsi, Azərbaycan dövləti, onun prezidentinin iradəsi nəticəsində tapdalanmış beynəlxalq hüquq öz yerinə qayıtdı.

Hazırda Göygöl - Kəlbəcər - Lacın yolunun tikintisi gedir. Bütün Qarabağ və Şərqi Zənğəzurda quruculuq işləri aparılır. Hərbi infrastruktur möhkəmləndirilir. Yeni hərbi hissələr , zastavalar tikilir. Bütün bu işlər bir başa cənab prezidentin nəzarət alında aparılır.

BMT Təhlükəsiz Şurasının qətnamələrini, Azərbaycan dövləti icra etdi. Hesab edirəm ki, qısa bir zamanda Qarabağda bütün quruculuq işləri yekunlaşacaq, keçmiş bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Zəngəzur dəhlizi də açılacaq. Azərbaycan Prezidenti çıxışında Azərbaycan dövlətinin heç bir təzyiqlərə boyun əymədiyini bəyan etdi. Keçən dövr ərzində Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə beynəlxalq təşkilatların, böyük dövlətlərin Qarabağla bağlı heç bir təzyiqləri qəbul edib. Ən ağır şərtlərdə Azərbaycanın bir milyona qədər məcburi köçkün olduğu vaxtı,, ordu quruculuğunun ilkin olan vaxtı, torpaqların işğal altında olan vaxtı və iqtisadi böhran zamanı büdcəsində yetəri qədər pulunun olmadığ, vaxtı, dünyada haqsızlığa uğradığı bir zaman heç bir təzyiqləri qəbul etməyib və milli mənafedə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə bir addım olsun belə geri çəkilməyib. Uğurlu diplomatik siyasət, BMT, ATƏT, Avropa Birliyi , İslam Əməkdaşlıq Təşkilatı , Qoşulmama Hərəkatında aparılan iş və dünyanın aparıcı dövlətlərinə ardıcıl, məqsədyönlü işlərin aparılması nəticəsində Azərbaycanın haqq işini beynəlxalq aləmə qəbul edildi. Eyni zamanda nizami ordu, get- gedə peşəkar orduya çevrildi və bu ordu böyük qələbələr əldə etdi və keçən dövr onu deməyə əsas verir ki, həm Azərbaycan hərbi müstəvidə, həm diplomatik müstəvidə böyük qələbələr əldə etdi. 44 gündə əldə edilən qələbədən sonra da böyük bərpa quruculuq işlərinə başlanıldı.

Ukraynada, Suriyada, Yaxın Şərqdə gedən müharibələr göstərir ki, son 15 ildə ən sürətli, ən peşəkar və qısa müddətdə nəticələr əldə edilən müharibə, Azərbaycan ordusunun apardığı müharibə oldu. Bu müharibənin nəticələrini həm Ermənistanı qəbul edib, həm Rusiya, həm dünya Birliyi qəbul etməyə məcburdur və bu da Azərbaycanın diplomatik müstəvidə də, diplomatik masada qələbəsini təmin edən ən böyük amildir.