Videokonfrans vasitəsilə onlayn məhkəmə iclasları keçiriləcək

"Mobil Məhkəmə" tətbiqi ilə videokonfrans sistemi vasitəsi ilə onlayn məhkəmə iclaslarının keçirilməsi nəzərdə tutulur.
Bu barədə Ədliyyə Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Bundan başqa, qeyd olunub ki, “Mobil Məhkəmə” tətbiqi vasitəsilə iddia ərizəsi, şikayət ərizəsi və pretenziyaların verilməsi,vəkil və mediatorlara müraciət etmək imkanının yaradılması da nəzərdə tutulub.

Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, "Mobil Məhkəmə"in yaranmasından, yəni 2019-cu ilin noyabrından bu günədək tətbiqi yükləyənlərin sayı 18 min 558 olub. Qeyd olunub ki, istifadəçilər əsasən məhkəmə iclasları barədə məlumatların əldə edilməsi, məhkəmə aktlarının əldə edilməsi, məhkəmə işinə əlavə sənədlərin göndərilməsi məqsədi ilə mobil tətbiqdən yararlanıblar.

Bundan başqa, qeyd olunub ki, müraciətlərin böyük qismi mülki və kommersiya işləri üzrə olub.