Bakı metrosunda sərnişin vəfat edib

"Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat yayıb.
Məlumata görə, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.
Allah rəhmət eləsin.