2024-cü ildə bürcləri nə gözləyir? - Astroloqdan ŞOK AÇIQLAMA  

Yeni il yeni astroloji təqvim deməkdir. Təqvimlərin 2024-cü ili göstərdiyi kimi, hər bürcün də yeni bir diqqət mərkəzi var. Gələn il bəxtiniz gətirəcək? Ulduzlar sevgi həyatınız, karyeranız və maliyyəniz üçün nə gizlədir? Bunları sizin üçün tərtib etdik.

"Ümumilikdə 2024 cü il karma ilidir. Yəni, kim nə əkirsə, onu da biçəcək ".

Bu sözləri "Sherg.az"a açıqlamasında Astroloq Arzu Məmmədli bildirib.

 Onun sözlərinə görə,  öncəki illərdəki əziyyətlərimizin qarşılığını 2024- cü ildə alacağıq :


"Azərbaycanda mart ayına qədər sağlamlıq baxımından narahat olacağımız bir dönəmdir. Ona görə də sağlamlığımıza diqqət etməliyik. Bundan sonra nisbətən stabilləşmə olacaq. Yanvar ayının 2 həftəsi qəza və yanğınlardan ehtiyyat edin. Digər tərəfdən yeni il dünya üçün bərəkət tapacağımız bir il olacaq. Belə ki, kriptovalyuta, onlayn ticarət və investisiyaların sürətlə inkişaf etdiyi bir vaxt yaxınlaşır. Kimlər bu ildə kriptovalyutaya yatırım etmək istəyirsə, onlar üçün uğur gözlənilir. Xüsusən may ayına qədər maddi  planlarınız varsa, onları həyata keçirmək üçün xeyirli bir dövrdür. Texnoloji planlarınız üçünsə iyundan sonra uyğun bir vaxtdır. İlin ən uğurlu bürcü xərçəng və əqrəblərdir. Bu 2 bürc hər bir anlamda şanslı olacaq. Bəzi xərçənglərin öz sevgisini tapdığı, digərlərinin isə evlilik yoluna qədər addımlayacağı gözlənilir.  Şəxsi həyatda ən çox problem yaşayan bürclər qoç və tərəzilər olacaq. Hətta, bəzi qoç və tərəzilər boşana bilər. Sağlamlıq və işlərinin tərs getməsi baxımından mübarizə aparan bürclər isə balıq, qız, oxatan və əkizlərdir. Xüsusən may ayından sonra bu 4 bürc qəzalara, sağlamlıq problemlərinə, şəxsi həyatlarındakı gərginliklərə qarşı diqqətli olmalıdırlar".