Siqaretin qiyməti qalxacaq? - AÇIQLAMA

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2744.6 hektar sahədən 4170,4 ton tütün yarpağı yığılıb.
Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 452.2 ton çoxdur.
Belə ki, 2022-ci ilin müvafiq dövründə 2431 hektar sahədən 3718.2 ton tütün yarpağı yığılıb.
Qeyd edək ki, hesabat dövründə ən çox tütün yarpağı Şəki (2874 ton), Qax (415.7 ton), Zaqatala (365.2 ton) və Oğuz (187.8 ton) rayonlarından yığılıb.
Maraqlıdır, bu göstərici ölkədə siqaretin qiymətinə təsir göstərəcəkmi?                                                                                             Məsələ ilə bağlı"Sherg.az"a açıqlama verən iqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, "Azərbaycanda tütün istehsalının artması siqaret qiymətlərinə heç bir təsiri yoxdur:    


 “Çünki siqaretin qiymətinin formalaşmasında əsas təsiredici vasitə aksiz, vergi dərəcəsi və gömrük rüsumlarıdır. Ölkədə tütün məhsullarında ard-ardına aksiz dərəcələri artırılır. Ona görə də, indiki şəraitdə inanmıram ki, istehsalın artımı hansısa formada qiymətlərə təsir edə bilsin".