Alimlər 2024-cü ilin 2023-cü ilin rekordunu qıracağını və ən isti il ola biləcəyini irəli sürüblər.
Bu barədə “Blumberq” yazıb.
Azərbaycanda qış fəsili olmasına baxmayaraq, havalar mulayim keçir.
Maraqlıdır, bu prosses nə ilə əlaqəlidir və hansı fəsadlar yarada bilər?
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, 2023 cü il alət müşahidələri başlayandan bu günə qədər rekord dərəcədə yüksək temperaturlar qeydə alınıb:
"Dünyanın müxtəlif yerlərində, Şimali Afrika, Amerika Birləşmiş Ştatları və Mərkəzi Avropada çox böyük istilər baş verib. Quraqlıqlar, daşqınlar bir sözlə, bütün təbiət hadisələri 2023- cü ildə davam edib. Bu il isə havaların daha isti keçəcəyi gözlənilir. Bu qlobal iqlim dəyişmələri və dekabr ayından başlayan "El Nino" hadisəsi ilə bağlıdır. Bu səbəbdən Amerika Birləşmiş Ştatlarının qərb sahillərində, Hind okeanı və Şərqi Asiyada anormal təbiət hadisələri, istilər, daşqınlar baş verir. "El və Nino" Cənubi Amerikanın ekvatorial enliklərində baş verən period cərəyanının keçdiyi yerdən Mərkəzi Sakit okeandan Avstraliya sahillərinə qədər davam edə bilən bir təbiət hadisəsidir".
Ekspert vurğulayıb ki, bu zaman okean temperaturunun səthi çox qızır:
"Bu da öz növbəsində ABŞ- nin mərkəzi hissəsində kəskin quraqlıqlarla müşahidə edilir. Çünki atmosfer yağıntıları azalır. Bundan əlavə "La Nina" hadisəsi mövcuddur ki, bu da "El Nino"- nun əksidir. "La Nina"-da okean temperaturunun yüksək dərəcədə soyuyur. Təbii ki, bu da yağıntıların azalmasına gətirib çıxarır".