
Ekspert: Bəzi günlər, saatlar parklanma xidməti tamamilə ödənişsiz olmalıdır
Yusif Nəzərli
15:12 11.02.2024
Cəmiyyət
1189
Problemin kökündə dayanan əsas səbəb şəhər təsərrüfatının bir mərkəzdən idarə edilməməsidir
Ödənişli parklanma yerlərindən narazılıq aktuallaşıb. Yeni yaradılmış parklanma sistemindən şikayətlənən vətəndaşların sayı artır.
"MİMİ" brendinin təsisçisi Şəfəq Məmmədova da bu barədə sosial media hesabında ciddi narazılıq edib. Problemlə bağlı şikayətlərinin nəzərə alınmadığını vurğulayan xanım sahibkar ölkə başçısından kömək istəyib: “Cənab prezident, şikayətlərimizə aidiyyəti qurumlar məhəl qoymur. Bir vətəndaş, bir sahibkar kimi sizdən xahiş edirik ki, “Azparking”lə bağlı ciddi tədbir görülsün. İstər dövlət müəssisələrinin işçiləri, istər fərdi sahibkarlar, istərsə də özəl sektor işçiləri olaraq günümüzün 10-12 saatı keçən iş yerimizdə avtomobilimizi saxlamağa yer tapmırıq. Maşınımızı park etmək üçün gündəlik 10 azn ödəniş etməyimiz tələb olunur. Hətta bəzi vətəndaşlardan yaşadıqları binanın qarşısında belə maşını saxlamaq üçün ödəniş tələb olunur. Bu bizim üçün çox çətindir. Sizdən xahiş edirik müvafiq güzəştlər üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz”.
Qeyd edək ki, Bakı şəhərinin mərkəzində parklanma tarifi saat üçün 1 manat müəyyən olunub. Digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpik arasında dəyişir. Ərazidə yaşayanlara güzəşt tətbiq olunsa da, bu güzəşt həmin yerdə işləyən şəxslərə şamil olunmur. Onlar tariflərə uyğun ödəniş edirlər. Bunun başqa fəsadlarını da görürük. Parklanma yerlərindən didərgin düşən sürücülər maşınlarını binaların həyətlərində saxlayırlar. Bu da yaşayış binalarının həyətlərində ciddi problemlər yaradır. Sakinlər rahat hərəkət edə bilmir, hətta həmin binada yaşayanlar öz avtomobillərini saxlamağa yer tapmırlar.
Bu məsələyə Milli Məclisdə də toxunulub. Parlamentin ötən həftə keçirilən iclasında deputat Fəzail Ağamalı da müəyyən kateqoriyalara güzəşt olunmasını təklif edib. F.Ağamalı qeyd edib ki, məsələn, işə maşınla gedənlər 8 saat saxlamalı olur: “1 manatdan hesabladıqda da, nə qədər pul edir. Eyni zamanda ali məktəbdə çalışan müəllimlər də güzəştdən istifadə edə bilmir. Düşünürəm, onlara da güzəşt olsa, ədalətli yanaşma olar”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, problemin kökündə dayanan əsas səbəb şəhər təsərrüfatının bir mərkəzdən idarə edilməməsidir:
“Xarici ölkələrdə bu məsələyə meriyalar baxır deyə, parklanma qiymətlərini də münasib qiymətdə, yəni narazılıq yaratmayacaq həddə müəyyənləşdirir. Parklanma xidmətindən yığılan vəsait də şəhər təsərrüfatına xərclənir. "AzParking" isə məhdud məsuliyyətli cəmiyyətdir və gəlirlə işləyir. Yaxşı, bəs gəlirlərini hara xərcləyir? Niyə məndən aldığı vəsaitə görə hesabat verməməlidir? Qlobal olaraq məsələnin çözüm yolu budur”.

"Sherg.az"a isanların güzəştlə bağlı ciddi gözləntilərinin olduğunu vurğulayan ekspert deyib ki, müəyyən saatlarda qiymətlər daha ucuz olmalıdır. Hətta bəzi günlər, saatlar parklanma xidməti tamamilə ödənişsiz olmalıdır:
“Məsələn, bayram günlərində, axşam saatlarında pulsuz ola bilər. "AzParking" bu məsələlərdə vətəndaşlar qarşısında məsuliyyətli davranmalıdır". Məsələn, hava limanındakı parkinqləri də "AzParking" MMC-yə verdilər və dərhal qiymətlər qalxdı. Əvvəl 24 saatı 5 manat idi, indi 15 manat oldu. Niyə? Mən 3-4 günlük xaricə səfərə gedəndə öz maşınımla gedirdim. Fikirləşirdim ki, parkinqə 15-20 manat verəcəmsə, taksi pulu əvəzinə öz maşınımla gedərəm. İndi 4 gün qalanda 60 manat edir. Bu, harda yazılıb? Harada belə qiymət var? Şəhər mərkəzində vətəndaşlar işə avtomobili ilə gəlir və maşını haradasa saxlamalıdır. Həftə ərzində təkcə parkinqə 80 manat pulu necə versin?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol