Qonaq qədəhi qırdı, Putin belə reaksiya verdi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən qəbulda təsadüfən şampan qədəhini sındıran əcnəbi qonağı sakitləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.

İnsident Rusiya Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş paradda iştirak edən Çin, Hindistan, Əlcəzair və digər ölkələrin hərbi komandirlərinin bir araya toplandığı Admirallıq binasında baş verib.

Qəbul zamanı əcnəbi qonaqlardan biri təsadüfən qədəhi yerə düşürüb və sonra şüşə sınıqlarını cəld toplamağa başlayıb.

Putin xarici nümayəndəni sakitləşdirməyə çalışıb.

"Bu, xoşbəxtlik naminədir", - Rusiya prezidenti qeyd edib.