Türkiyədə meşə yanır: əhali təxliyə edilir

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat rayonunda meşə yanğını başlayıb.

Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə həm qurudan, həm də havadan müdaxilə olunur.

Əraziyə 1 helikopter, 11 su tankeri, 4 su çəni, və 110 canlı qüvvə ilə cəlb edilib.

Hadisə yerinə yaxın yaşayış məntəqəsindən əhali təxliyə edilir.