Uçan taksi xidməti rəsmən fəaliyyətə başlayır - ...İLK ŞƏHƏR OLACAQ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək. 




 
Mövzu ilə bağlı BƏƏ-nin WAM xəbər agentliyinin X sosial media hesabında açıqlama verilib. Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin ekoloji tullantıları sıfırdır.


 
Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyanı əhatə edəcək .

Açıqlamada, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyinə diqqət çəkilib.