Qara istiot rəngli paltarları qoruyur

“Təzədir? Yox, “Perwol”la yuyulub”, reklamı xanımlara tanışdır. Hazırda xanımların əksəriyyəti rəngli paltarların yuyulmasında    “Perwol”-dan istifadə edir. Heç də ucuz olmayan bu yuyucu məhlul da ailə büdcəsinə bir tərəfdən ziyan vurur. Halbuki rəngli camşırların, geyimlərin solmaması üçün daha sərfəli və ucuz vasitə də var. Bu, üyüdülmüş qara istiotdur.
 “Sherg.az” “Millieyt.com.tr”y istinadən xəbər verir ki, əgər rəngli paltarlar yuyularkən paltayuyan maşının yuyucu toz və ya yuyucu məhlul üçün nəzərdə tutulmuş “gözünə” bir miqdar qara istiot əlavə edilirsə, rəngli geyimlərin parlaqlığını təmin edəcək. Qara istiot sayəsində rəngli paltarlar parlaqlığını itirməyəcək, rəngləri solmayacaq və təzə görünəcəklər. Paltaryuyan maşının yuyucu tox üçün nəzərdə tutulmuş “gözünə” 1 çay qaşığı qara toz istiot töküb üzərinə yuyucu toz  əlavə edilməli və 30 dərəcədə yuyulmalıdır. Qara istiot həm də ləkələrin aradan qaldırılmasına kömək edir. Xüsusən yağ ləkələrini çox yaxşı aparır. Geyimlərin rənginin solmaması üçün başqa önərilər də var. Məsələn, cins şalvarlar, geyimlər paltaryuyan maşına qoyulursa, mütləq astar üzünə çevrilməlidir ki, rəngi solmasın, iz düşməsin və geyimdə yuyucu toz ləkəsi görünməsin.