“Yaxşı edirlər” deyirsə, deməli, polisə göstərişi özü verib - VİDEO
“Yaxşı edirlər” deyirsə, deməli, polisə göstərişi özü verib - VİDEO
13:58 13.06.2024
Dünya
384
Polisin qanunsuz əmrləri yerinə yetirmək hüququ yoxdur. Amma zor tətbiqi zamanı Alen Simonyan (Ermənistan parlamentinin sədri - red.) “Yaxşı edirlər” deyirsə, deməli, onlar birbaşa polisə göstəriş verirlər ki, eyni ruhda davam etsinlər.
Bakupost.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan iyunun “Ermənistan xəbərləri”nın müxbiri ilə söhbətində deyib.
O qeyd edib ki, baş verənlərə görə səlahiyyətli orqanlar məsuliyyət daşıyır:
"Əgər insanlar Nikol Paşinyanla görüş tələb edirdilərsə, o zaman görüşməli idi. Burada nə problem var?"
Aleksanyanın fikrincə, gərginliyi aradan qaldırmağın ən yaxşı yolu müxalifətlə sivil dialoqdur.
“Niyə görüşmədilər İnsanların şikayətləri var”, - Aleksanyan qeyd edib.
O, qeyri-mütənasib güc tətbiq edildiyini bildirib.
“Güc tətbiqi gözə görünməyən yerdə, əsas kütlədən uzaqda, Sevgililər parkının dərinliyində baş verib. Etirazçıların daş atmaq üçün plitələr sındırdığı görüntüləri gördüm. Amma bu o demək deyil ki, polis xüsusi vasitələrdən istifadə etməlidir. Onlar belə şəxsləri təcrid etməli və mitinqin gedişinə nəzarət etməli idilər”, - deyən hüquq müdafiəçisi polisin aksiya iştirakçılarından çox olduğunu bildirib.
“Arxiyepiskop Baqrat Qalstanyana nifrət etsəniz belə, insanlar ora toplaşdılar və zorakılıq tətbiq olundu. Bu onu göstərir ki, siyasi maraqlar hər şeydən üstündür və hər zaman vətəndaşlar əziyyət çəkir”, - Aleksanyan bildirib.
Onun fikrincə, polis hadisə yerində jurnalistlərin işlədiyini də nəzərə almayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm