NATO-dan Çin xəbərdarlığı! “Bu, ən böyük silahlı qarşıdurmanı alovlandırır”
Yusif Nəzərli
20:23 17.06.2024
Gündəm
427
NATO-nun baş katibi Yens Stoltenberq rəsmi səfəri çərçivəsində ABŞ-da Wilson Center analitik mərkəzində açıqlama verib. Yens Stoltenberq deyib ki, Çin İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişəni qızışdırır.
Sherg.az xəbər verir ki, Stoltenberq Rusiya prezidenti Vladimir Putin və Çin sədri Şi Cinpinin qəti şəkildə NATO-ya qarşı olduğunu ifadə edərək qeyd edib: “Çünki onlar bilirlər ki, ABŞ-ın NATO-da onlarda olmayan 31 dostu və müttəfiqi var.
Gələn ay NATO liderlərinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO Sammiti üçün bir araya gələcəyini xatırladan Stoltenberq üç məsələnin gündəmin başında olacağını burğulayaraq, bunların NATO-nun çəkindirmə və müdafiə, Ukrayna və xüsusilə Hind-Sakit Okean bölgəsindəki qlobal ortaqlıqların əsas işi olduğunu bildirib.
NATO-nun Ukraynaya dəstəyinə toxunan Stoltenberq Putinin təcavüzünün nə bu gün, nə də gələcəkdə nəticə verməməsini təmin etməli olduqlarını vurğulayıb: “Ona görə də Zirvə toplantısında Ukraynanı NATO üzvlüyünə yaxınlaşdırmağa davam edəcəyik. Beləliklə, vaxtı çatanda, Ukrayna gecikmədən NATO-ya daxil ola biləcək".
Stoltenberq bildirib ki, ötən il Rusiya raket, tank və təyyarə istehsalında istifadə edilən mikroelektronika məhsullarının 90 faizini Çindən idxal edib.
Stoltenberq Çinin dəstəyinin Ukraynaya daha çox ölüm və dağıntılar gətirdiyinə, Rusiyanın müdafiə sənayesini gücləndirməsinə, sanksiyaların və ixrac nəzarətinin təsirindən qurtulmasına imkan verdiyinə diqqət çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə