
Tələbələrə şad xəbər!
Tələbələrə şad xəbər!
Yusif Sultanoğlu
09:30 14.07.2024
Elm və Təhsil
809
Vahid tələbə kartı ilə müəyyən endirimlərdən faydalana biləcəklər
İqtisadçı: “Ümid edirəm yeni tədris ilinə qədər 220 mindən çox tələbə üçün əlçatan olan və böyük üstünlüklər vəd edən tələbə kartının təqdimatının şahidi olacağıq”
Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik.
Bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər: "Vahid tələbə kartının yaradılması qonşu Türkiyə və Rusiyadakı təcrübəyə əsaslanır. Xaricdə tələbə kartı tələbələrə ictimai nəqliyyat, muzeylərdə güzəştlər təqdim edir".
Qeyd edək ki, tələbə kartı vasitəsilə tələbələr istər ictimai nəqliyyatda, istərsə də restoran, geyim, kitab evləri, tibb müəssisələri və s. kimi yerlərdə güzəştlər əldə edəcəklər.
İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, vahid tələbə kartı Azərbaycanın etdiyi yenilik deyil. Dünyanın inkişaf etmiş bütün, inkişaf etməkdə olan bəzi ölkələrində bu təcrübədən geniş istifadə olunur:

“Tələbələrin ictimai həyatdakı fəaliyyətlərini stimullaşdırmaq üçün bu cür proqramlardan istifadə edilir. Ümid edirəm yeni tədris ilinə qədər 220 mindən çox tələbə üçün əlçatan olan və tələbələrimizə böyük üstünlüklər vəd edən tələbə kartının təqdimatının şahidi olacağıq. Kartın bank ödənişləri, geniş yayılmış şəbəkələrdə endirimlər, nəqliyyat, kitabxana, muzey və qalereyalara girişdə güzəştlər və bir sıra digər imkanlar nəzərdə tutulduğu deyilir. Dünya praktikasında turizm sektorunda da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Müasir dövrün tələblərinə, tələbələrin sosial həyatına uyğun olaraq nəzərdə tutulan güzəştlərin əhatəsini genişləndirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə