28 sentyabr - 4 oktyabr həftəlik bürc proqnozu

28 sentyabr - 4 oktyabr həftəsində münasibətlər, ünsiyyət və güc balansı ön plana çıxır.

Sherg.az xəbər verir ki, 26 sentyabrda Qoç bürcündə baş verən Dolunayın təsirləri davam edir. Bu dövrdə emosional gərginlik və fikir ayrılıqları arta bilər.

28 sentyabrda Marsın Şir bürcünə keçməsi ilə hərəkətlilik, cəsarət və rəqabət artır. Bununla yanaşı, eqo və güc mübarizələrinə diqqət etmək tövsiyə olunur.

30 sentyabrda Merkurinin Əqrəb bürcünə keçməsi ilə gizli qalan düşüncə və hisslər gündəmə gələ bilər. Oktyabrın 3-də Veneranın Əqrəb bürcündə retro hərəkətə başlaması isə münasibətlərdə keçmiş məsələlərin yenidən müzakirə olunmasına səbəb ola bilər.

Bəs bu həftə 12 bürcü nələr gözləyir?

Qoç: Dolunayın təsiri davam edir. Münasibətlərdə gərginlik və mühüm qərarlar gündəmə gələ bilər.

Buğa: İş və gündəlik həyatınızda hərəkətlilik artır. Keçmişdən qalan bir məsələ yenidən qarşınıza çıxa bilər.

Əkizlər: Eşq həyatınız və sosial çevrəniz canlanır. Münasibətlərdə nə istədiyiniz daha aydın görünə bilər.

Xərçəng: Ev və ailə həyatında emosional proseslər ön plana çıxır. Keçmişdən qalan bir məsələ yenidən müzakirə oluna bilər.

Şir: Marsın bürcünüzə keçməsi ilə enerjiniz yüksəlir. Rəqabət və eqo məsələlərinə diqqət yetirin.

Qız: Merkurinin Əqrəbə keçməsi ilə ünsiyyət intensivləşir. Deyilməyən bəzi məsələlər gündəmə gələ bilər.

Tərəzi: Münasibətlərdə keçmiş problemlər yenidən ortaya çıxa bilər. Bu dövrdə sözlərdən çox davranışlara diqqət yetirəcəksiniz.

Əqrəb: Veneranın retro hərəkəti bürcünüzdə başlayır. Eşq həyatında keçmiş münasibətlər və hisslər yenidən gündəmə gələ bilər.

Oxatan: Sosial çevrənizdə hərəkətlilik artır. Keçmişdən bir dostluq və ya məsələ yenidən qarşınıza çıxa bilər.

Oğlaq: Karyerada rəqabət artır. Güc mübarizələri qarşısında sakitliyinizi qorumaq vacib olacaq.

Dolça: Təhsil, səyahət və gələcək planlarınızla bağlı yeni inkişaflar yaşana bilər. Keçmişdə düşündüyünüz bir fikir yenidən gündəmə gələ bilər.

Balıqlar: Ortaq maliyyə və maddi məsələlər ön plana çıxır. Münasibətlərdə etibar və gözləntilər yenidən nəzərdən keçirilə bilər.