"Münasibətlərdə xəyanət" mövzusunda ixtisaslaşan İngilis detektiv Aaron Bond adanın köklü qəzetlərindən biri olan "TheSun"da bir məqalə dərc edərək, "aldadıldığınız zaman necə başa düşəcəyinizə dair 4 qızıl ipucu" paylaşıb.
News24.az həmin 4 maddəni təqdim edir:
1. TELEFON VƏRDİŞLƏRİNDƏ DƏYİŞİKLİKLƏR
Əgər partnyorunuzun telefonuna münasibəti dəyişibsə, bu onun nəyisə gizlətdiyinə işarə ola bilər. Detektiv Bond deyib: "Əgər partnyorunuz parollarını dəyişməyə başlayarsa, telefonunu hər zaman yanında daşıyırsa və telefonundan istifadə etmək istədiyiniz zaman müdafiə olunarsa, diqqətli olun". Bundan əlavə, əgər telefonu tərs çevirirsə, bu da məxfiliyə ehtiyac olduğunu göstərə bilər.
2. GÜNLƏRİ HAQQINDA DANIŞMAĞI DAYANDIRIRLAR
Əgər partnyorunuz sizinlə ünsiyyəti azalıbsa, bu bir əlamət ola bilər. "Xəyanətkar insanlar tez-tez günahkarlıq hissi və ya yalanlarını davam etdirməyi asanlaşdırmaq üçün tərəfdaşlarından uzaqlaşırlar" deyib detektiv. "Əgər partnyorunuz birdən-birə sizə gününü deməyi dayandırırsa və sizinlə vaxt keçirməkdən qaçırsa, bu vəziyyət ciddi qəbul edilməlidir."
3. CİNSİ HƏYATDA DƏYİŞİM
Detektiv Bond qeyd edib ki, libidonun dəyişməsi həmişə xəyanətə işarə etmir, lakin xəbərdarlıq ola bilər. "Vəfasız insanlar enerjilərini başqasına yönəltdikləri üçün evdə daha az cinsi əlaqəyə girə bilərlər. Ancaq bəzən günahkarlıq hissi ilə evdə cinsi əlaqənin tezliyini artırmaları mümkündür.
4. NEQATİV MÜNASİBƏT VƏ TƏNQİD
Əgər partnyorunuz birdən sizə qarşı mənfi münasibət göstərməyə başlayırsa, bu da aldatma əlaməti ola bilər. Bond deyib: “Sədaqətsiz insanlar daxili gərginlik yaşayır və buna haqq qazandırmaq üçün sizi problemli tərəf kimi görməyə cəhd edə bilərlər”. Kiçik səhvlər böyük problem kimi göstərilsə, diqqətli olun. Məsələn, iti gəzdirməmək, qab-qacaq yumamaq və ya uşağınıza kitab oxumamaq kimi kiçik şeylər birdən-birə böyük mübahisələrə çevrilirsə, bu həyəcan siqnalı ola bilər.
QIZIL İPUCU: DƏYİŞİKLƏRƏ DİQQƏT EDİN
Bondun verdiyi bu işarələr münasibətlər daxilindəki dəyişikliklərə həssas olmağın vacibliyini göstərib. Bu simptomları müşahidə edirsinizsə, tərəfdaşınızla açıq və səmimi söhbət vəziyyəti anlamaq üçün vacib bir addım ola bilər.