Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart münasibətilə şəhid, qazi və veteran ailələri ilə görüş keçirilib -FOTO
Yusif Nəzərli
07:35 08.03.2025
Sosial
542
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və Abşeron Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xəstəxanada çalışan şəhid, qazi və veteran ailələrinin qadın üzvləri ilə görüş təşkil edilib.
Sherg.az xəbər verir ki, tədbirdə çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıxova Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə rəhmət diləyib, qazilərə və müharibə veteranlarına sağlamlıq və uzun ömür arzulayıb. O, eyni zamanda, bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıb.
Tədbirdə çıxış edən Elvin Məmmədzadə xanımları bayram münasibətilə təbrik edərək, onların ailə və cəmiyyət üçün əvəzsiz dəyərə malik olduğunu vurğulayıb.
Şəhid ailəsi nümayəndəsi Xatirə İsmayılova çıxışında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Səkinə Sadıxovanın şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqəti və qayğını yüksək qiymətləndirib. O, 8 Mart münasibətilə təşkil edilən bu tədbirin həmin qayğının bariz nümunəsi olduğunu vurğulayaraq təşəkkürünü bildirib.
Görüşün sonunda iştirakçılara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Məlumat üçün:
Abşeron Rayon Mərkəzi Xəstəxanası mütəmadi olaraq şəhid və qazi ailələri üçün sosial dəstək tədbirləri həyata keçirir. Bu görüş də həmin təşəbbüslərin davamıdır və şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğının bir ifadəsidir.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya