
Mühafizə orderləri polisə həvalə oluna bilər
Yusif Nəzərli
01:35 22.05.2025
Cəmiyyət
586
Milli Məclisdə mühafizə orderlərinin müddətinin artırılması təklifi gündəmdədir
Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması təklif olunur. Bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Məlumatda həmçinin məişət zorakılığından, o cümlədən cinsi zorakılığdan zərər çəkmiş və ya bu cür zorakılıq hallarının şahidi olan uşaqların hüquqlarının müdafiəsində “Lansarote” Konvensiyasının tələblərinə riayət olunması da təklif edilir.
Qeyd edək ki, Mühafizə orderi, məişət zorakılığına məruz qalan şəxsin müdafiəsi üçün məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən verilən hüquqi sənəddir. Bu sənəd zorakılıq törədən şəxsin zərərçəkmişə yaxınlaşmasını, əlaqə saxlamasını və ya eyni məkanda olmasını qadağan edir. Təklifə görə, bu səlahiyyət polis orqanlarına verilməlidir. Bu, zərərçəkmişin dərhal müdafiə altına alınmasını mümkün edəcək (məhkəmə qərarını gözləmədən). Orderin müddətinin artırılması isə qurbanın təhlükəsizliyinin daha uzun müddət təmin olunması məqsədi daşıyır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında deyib ki, məişət zorakılığı hallarında operativ müdaxilə imkanlarının artırılması zərurəti, bu sahədə tətbiq olunan hüquqi və institusional mexanizmlərin effektivliyini mütəmadi şəkildə nəzərdən keçirməyi tələb edir. Bu kontekstdə qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin icra hakimiyyəti orqanlarından polis orqanlarına verilməsi məsələsi müzakirəyə açıq və aktuallığını qoruyan bir məsələdir:
“Mühafizə orderinin verilməsi məsələsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyətlərinə həvalə edilən vaxtdan bu səlahiyyətlərin polisə verilməsinin tərəfdarı olmuşam və bunu dəfələrlə də gündəmə gətirmişəm. Mental olaraq biz polisin verdiyi sənədi, onun tənbehlərini daha çox ciddiyə alırıq və ehtiyatla yanaşırıq, nəinki icra hakimiyyətlərinin. Bu, insanların təhlükəsizlik orqanlarına qarşı formalaşmış psixoloji münasibətindən qaynaqlanır və hüquqi mexanizmlərin praktik effektivliyinə təsir göstərir.
Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə, xüsusilə də inkişaf etmiş hüquq sistemlərinə malik dövlətlərdə, qısamüddətli mühafizə orderləri polis orqanları tərəfindən verilir. Bu praktika zorakılıq hallarına operativ reaksiya vermək və ilkin təhlükənin qarşısını almaq baxımından səmərəli hesab olunur. Azərbaycan üçün də bu model, müvafiq hüquqi təminatlarla birlikdə, ciddi müzakirə olunmağa dəyər”.
M.Zeynalova hesab edir ki, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə olunması təklifi, məişət zorakılığı ilə mübarizədə operativ müdaxilə imkanlarını artırmaq baxımından əhəmiyyətlidir:
“Çünki zorakılıq hallarında çox vaxt vaxtında müdaxilə edilmədiyindən qurbanlar daha ağır nəticələrlə üzləşirlər. Nəticə etibarilə, qısamüddətli mühafizə orderlərinin polis tərəfindən verilməsi, düzgün hüquqi və institusional çərçivədə tətbiq olunarsa, məişət zorakılığına qarşı mübarizədə əhəmiyyətli dönüş nöqtəsi ola bilər. Bu, zərərçəkmişlərin müdafiəsində daha çevik və təsirli mexanizmin formalaşmasına, eyni zamanda insan hüquqlarının qorunmasına xidmət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə