
Millət vəkili: Azərbaycan islamofobiyaya qarşı ən qətiyyətli mövqe göstərən ölkələrdən biridir
11:44 26.05.2025
Gündəm
691
Azərbaycan, BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş islamofobiya ilə mübarizəyə dair qətnamələri dəstəkləyir və həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin dərhal həyata keçirilməsinə çağırır. Bu barədə Prezident İlham Əliyev “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətində bildirib. Prezident vurğulayıb ki, islamofobiya son zamanlar dünya miqyasında daha açıq və sistemli şəkildə özünü göstərməyə başlayıb. Artıq bu təhlükəli meyl təkcə ayrı-ayrı ölkələrlə məhdudlaşmır, bir çox regionlarda geniş yayılıb. İslama qarşı yönəlmiş nifrət, müsəlmanlara qarşı ayrı-seçkilik və dözümsüzlük sürətlə artır və vəziyyət daha ciddi hal almaqdadır. Prezident İlham Əliyevin islamofobiya ilə bağlı səsləndirdiyi fikirlər qlobal reallığı əks etdirir və bu məsələyə beynəlxalq səviyyədə daha ciddi yanaşma zərurətini ortaya qoyur. Bugünkü dünyada dini kimliyə görə ayrı-seçkilik və nifrət çağırışları yalnız ayrı-ayrı icmaları deyil, bütövlükdə cəmiyyətlərin birgəyaşayış modelini təhlükə altına alır. Xüsusilə islamofobiya kimi geniş yayılmış və sistematik hal alan neqativ tendensiyaya qarşı təkcə müsəlman ölkələri deyil, bütün beynəlxalq ictimaiyyət ortaq məsuliyyətlə yanaşmalıdır.

Millət vəkili Sahib Alıyev Sherg.az-a bildirib ki, islamofobiya Asiyada Hindistan, Myanma kimi ölkələrlə yanaşı Qərbdə də geniş vüsət alıb. Və bu, artıq ayrı-ayrı ksenofobiyaya, rasizmə yoluxan çevrələr arasında yayılmayıb, eyni zamanda dövlət siyasətinə çevrilib:
“Qərbdəki böyük dövlətlərin rəhbərləri multikulturalizmin özünü doğrultmadığını bildirirlər və onların bu bəyanatlarının arxasında əslində ilk növbədə islamofobiya dayanır. Belə fikir söyləyənlərdən biri də Fransa rəhbərliyi olub. Fransada 2021-ci ildə orada yaşayan və Fransa vətəndaşı sayılan müsəlmanlara qarşı qəbul edilən qanunda açıq şəkildə islam separatizm ilə eyniləşdirilmişdi. Daha sonra qanunda müəyyən düzəlişlər olundu. Amma həmin onu oxuyan istənilən şəxs başa düşür ki, onun bütün maddəsindən islamofobiya tökülür. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə islamofobiyanın yolverilməz olduğunu söyləyib. Azərbaycan islamofobiyaya qarşı mübarizə məsələsində müsəlman dövlətləri sırasında nəinki ən qətiyyətli və prinsipial mövqe tutmasıyla fərqlənir, eyni zamanda bununla ən effektiv mübarizə aparan da bizim dövlətimizdir. Bir çox ölkələrinin liderləri susmağa üstünlük verdikləri halda Azərbaycan müsəlmanlara qarşı ayrı-seçkiliyin yörverilməzliyini ən yüksək səviyyədə sərt şəkildə tənqid edir və bunun arxasında kimlərin dayandığını da ad çəkməklə bildirir. Azərbaycanda multikulturalizm həm dövlət siyasəti, həm də həyat tərzi olması, bütün dinlərə eyni dərəcədə ehtiram göstərilməsi isə fikrimcə, islamofobiyaya qarşı ən təsirli mübarizədir. Xüsusilə də, Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti, Vatikanda Müqəddəs Sebastian katakombalarının bərpası, ölkə daxilində xristan məbədlərinin bərpasında və inşasında oynadığı rol şübhəsiz ki, müsəlmanları xristan düşməni kimi tanıdanları silahsızlaşdırır. Digər müsəlman ölkələri də sözügedən məsələylə bağlı Azərbaycanın prinsipal mövqeyindən və təcrübəsindən çıxış etsələr, düşünürəm ki, bu, islamofobları xeyli dərəcədə cilovlayardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya