Seyran Ohanyan artıq toxunulmaz deyil - Azərbaycana təhvil verilir?
20:35 07.07.2025
Gündəm
580
Xocalıda erməni quldurlarının dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımının əsas təşkilatçılarından və icraçılarından biri, separatçı-terrorçu Seyran Ohanyanın deputat toxunulmazlığının ləğv edilməsi onun təkcə Ermənistanda deyil, Azərbaycanda da mühakiməsinin yolunu aça bilər.
Teleqraf xəbər verir ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş S.Ohanyan indi Ermənistanda torpaq zəbtində təqsirləndirilir.
O, müdafiə naziri işlədiyi 2010-2015-ci illərdə Geqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr ərazini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, 63 yaşlı S.Ohanyan Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb.
O, 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.
2020-ci ildə Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və başqa maddələri ilə cinayət işi başlayıb, beynəlxalq axtarışa verib.
Bakı Hərbi Məhkəməsində S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının Bakıda davam edən məhkəmə prosesində zərərçəkmişlərin, şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri ilə S.Ohanyanın Qarabağda həyata keçirilmiş soyqırımı və digər cinayətlərdə iştirakı təsdiqlənir.
Rəsmi ittihamda deyilir ki, S.Ohanyan Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış cinayətkar birliyin rəhbərindən biri, bilavasitə və dolayı iştirakçısı olub.
Belə olan halda Azərbaycan hüquq-mühafizə orqanları S.Ohanyanın Azərbaycana təhvil verilməsini və ölkəmizdə mühakimə olunmasını Ermənistan hökumətindən tələb edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə