
Professor: Günəşin güclü olduğu saatlarda çöldə qalmaq olmaz
09:30 14.07.2025
Sağlamlıq
358
Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"Bu gün Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir",- məlumatda bildirilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a bildirib ki, yay aylarında güclü günəş şüaları və yüksək temperatur insan sağlamlığı üçün ciddi təhlükə yarada bilir:

“Xüsusilə gün vurması halsızlıq, başgicəllənmə, ürəkbulanma, hətta huşun itməsi ilə nəticələnə bilər. Günvurma, istivurma zamanı dərhal həmin şəxsi sərin bir yerə keçirmək, bədənini soyuq dəsmal ilə silmək, alnına yaş dəsmal qoymaq və bədən temperaturunu aşağı salmaq lazımdır. Bu ardıcıllıq ediləndən sonra həkim çağırılaraq digər tədbirlər görülür. Lakin bunun qarşısını almaq üçün bəzi vacib qaydalara əməl etmək lazımdır. Günəşin güclü olduğu saatlarda çöldə qalmaq olmaz. Saat 11:00-dan 17:00-a qədər günəş şüaları daha güclü və zərərlidir. Yüngül və açıq rəngli geyimlər geyinin. Gün ərzində mütəmadi olaraq sərin su içmək vacibdir. Kölgəli və havalı yerlərdə qalmağa üstünlük verin. Ağır fiziki işlərdən uzaq durun. Çöldə gəzmək üçün uyğun saatlar səhər 06:00 – 10:30; axşam isə 17:30 – 20:30-a kimidir. Bu saatlar günəşin daha zəif olduğu, havanın isə nisbətən sərin və rahat keçdiyi zamanlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual