
“Evdə kimin səsi zildən çıxmalıdır?” - Sual gərginlik yaratdı
13:23 20.07.2025
Cəmiyyət
427
Bu sualın özü artıq qərəzli və cinsi rolları stereotipləşdirən bir ritorikadır
Azər Həsrət: “Media qurumları bu reallığı anlamalı, ifadə azadlığı ilə sosial məsuliyyət arasındakı balansı düzgün qurmalıdırlar. Əks təqdirdə, efirlər təkcə informasiya deyil, həm də zərərli ideologiyaların daşıyıcısına çevrilə bilər”
Audiovizual Şura onlayn iclasında Xəzər TV-yə xəbərdarlıq edib. İclasda kanalın efirində iyulun 16-da yayımlanan "Qonaqcanlı" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub. Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin, yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada mənə elə gəlir ki, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." sözləri ilə cavab verib. Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub. Şura üzvləri məsələni ətraflı müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrı-seçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib. Həmçinin qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Sonda Audiovizual Şuranın üzvləri Xəzər TV-yə xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin sözlərinə görə, Audiovizual Şuranın Xəzər TV-yə xəbərdarlıq etməsi və bu qərarı yekdilliklə qəbul etməsi, əlbəttə ki, media məkanında cinsi ayrı-seçkiliyin təbliğinə qarşı mübarizə baxımından mühüm addım kimi dəyərləndirilə bilər.
O, “Sherg.az”a açıqlamasında bildirib ki, televiziya efiri sadəcə fikir söyləmək üçün açıq platforma deyil. Bu, cəmiyyətə təsir edən, dəyərləri formalaşdıran, bəzən də dəyişdirən güclü vasitədir. Ona görə də burada səslənən hər bir fikir yalnız qonağın şəxsi mövqeyi yox, həm də yayımçının ictimai məsuliyyəti kontekstində qiymətləndirilməlidir.
“Evdə kimin səsi zildən çıxmalıdır?” sualının özü artıq qərəzli və cinsi rolları stereotipləşdirən bir ritorikadır. Belə suallar düşünülməmiş şəkildə efirə buraxılanda, bu, artıq fikir müxtəlifliyi deyil, mövcud ayrı-seçkilik tendensiyalarının legitimləşdirilməsidir. Bugünkü cəmiyyət təkcə gender bərabərliyi ilə bağlı qanunlara deyil, həm də efirdə formalaşan sosial şüura əsaslanır. Əgər biz bu cür fikirləri yalnız “şəxsi mövqe” kimi qəbul edib susmağa davam etsək, sabah qadınlara qarşı ayrı-seçkilik və zorakılığı normallaşdıran yanaşmalar cəmiyyətin bütün qatlarına sirayət edəcək. Media qurumları bu reallığı anlamalı, ifadə azadlığı ilə sosial məsuliyyət arasındakı balansı düzgün qurmalıdırlar. Əks təqdirdə, efirlər təkcə informasiya deyil, həm də zərərli ideologiyaların daşıyıcısına çevrilə bilər. Aparıcılar belə həssas mövzularda daha diqqətli olmalı, cinsiyyətə, irqə, dini mənsubiyyətə və digər kimliklərə qarşı ayrı-seçkiliyin qarşısını alan yanaşma sərgiləməlidirlər. Belə məsələlərdə cəmiyyətin birliyini və hüquq bərabərliyini əsas tutmaq vacibdir. Ümid edirəm ki, bu xəbərdarlıq gələcəkdə analoji halların qarşısının alınması üçün digər yayımçılara da nümunə olacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya