32 il sonra Şuşada sakinlər üçün qurbanlar kəsildi
Yusif Nəzərli
07:33 16.06.2024
Cəmiyyət
412
32 ildən sonra ilk dəfə Şuşada şəhərə yenicə köçürülmüş sakinlər üçün Qurban bayramı münasibətilə qurbanlar kəsilib.
Sherg.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə yeni yaşayış kompleksinin həyətində sakinlər üçün qurbanlar kəsilərək paylanılıb.
Tədbirdə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşada fəaliyyət göstərən müxtəlif orqanların rəhbərləri iştirak ediblər.
Məntəqənin təşkil edildiyi ərazidə quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırında qurbanlıq heyvanların kəsimi baytarlıq nəzarəti altında həyata keçirilir.
Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.
Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa və Füzuli rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı