ABŞ üzərindən uçan “Çin kəşfiyyat şarı”nın əslində nə olduğu bilindi - YENİLƏNİB + FOTO/VİDEO
ABŞ üzərindən uçan “Çin kəşfiyyat şarı”nın əslində nə olduğu bilindi - YENİLƏNİB + FOTO/VİDEO
Yusif Nəzərli
15:29 03.02.2023
Cəmiyyət
589
ABŞ üzərində səmada qeydə alınan naməlum uçan obyekt, nəzarəti itirmiş Çin meteoroloji zondudur.
Bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
“Şar Çindən gəlib, onun təyinatı mülki xarakter daşıyır, xüsusən də zond meteoroloji tədqiqatlar üçün istifadə olunur. Güclü qərb küləyi səbəbindən şar idarəetməni itirib və təyin olunmuş kursdan çıxıb”, - Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
XİN həmçinin fövqəladə vəziyyətin meteoroloji tədqiqatın ABŞ hava məkanına çatmasına səbəb olmasından təəssüfləndiyini bildirib və Çinin vəziyyətin həlli üçün ABŞ səlahiyyətliləri ilə əlaqə saxlamağa hazır olduğunu deyib.
Onu da bildirək ki, ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri “casus şarı”na görə təxirə salınacaq.
Mənbə: TASS
17:16
“ABŞ üzərində Çinə məxsus yüksək hündürlükdə kəşfiyyat hava şarı qeydə alınıb və ABŞ ordusu onu izləyir”.
Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat verib.
Bununla bağlı Pentaqon sözçüsü, briqada generalı Patrik Rayder telekonfrans zamanı jurnalistlərə açıqlama verib.
“ABŞ hökuməti ölkənin materik hissəsi üzərində yüksək hündürlükdə kəşfiyyat şarı aşkar edib və onu yaxından izləməyə, hərəkət istiqamətini nəzarətdə saxlamağa davam edir”, - deyə o qeyd edib.
Rayder həmçinin bildirib ki, hazırda şar mülki hava hərəkəti məkanından xeyli yüksəklikdə yerləşir və yerdəki insanlar üçün heç bir fiziki və ya hərbi təhlükə yaratmır. O əlavə edib ki, belə hallar son bir neçə il ərzində müşahidə olunub.
“Şar aşkar edildikdən sonra ABŞ səlahiyyətliləri mühüm məlumatların toplanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçiblər”, - deyə o məlumat verib.
Həmçinin adının açıqlanmasını istəməyən Pentaqonun yüksək səviyyəli rəsmisi bildirib ki, bu hava şarının Çinə məxsus olduğuna əmindir.
“Prezident Co Bayden bu barədə məlumatlandırılıb və o, bununla bağlı hərbi variantları istəyib. Filippində olan müdafiə naziri Lloyd Ostin yüksək rütbəli müdafiə rəhbərliyini toplayıb. Nəticədə hava şarını vurmamaq məsləhət görülüb, çünki Yerə düşəcək parçalar risk yarada bilər”, - deyə o qeyd edib.
Pentaqon rəsmisi bildirib ki, hava şarı bir gün əvvəl Montana əyalətinin üzərində görülüb. Burada da ABŞ dövlətinin nüvə silahı arsenalları yerləşir. Əgər ştat üzərində şar vurulsa, onun yerdəki qalıqları böyük zərər verə bilər.
O vurğulayıb ki, hava şarının marşrutu daha çox ABŞ-nin gizli obyektləri üzərindən keçib. Amma onun kəşfiyyat məlumatları toplamaq qabiliyyəti zəifdir. Lakin Amerika ordusu buna baxmayaraq, lazımi ehtiyat tədbirləri görüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual