Ağstafa-Bakı dəmir yolu reysindəki nasazlıq səbəbindən ödənişsiz avtobus və qatarlar təyin edilib
Yusif Sultanoğlu
04:07 27.11.2023
Cəmiyyət
551
Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhərdaxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycann Dəmir Yolları QSC dən məlumat verilib.
Bildirilib ki, dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb.
717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə qeydə alınıb.
Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda ADY sərnişinlərin Bakı Dəmiryolu Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə də reys təyin edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya