Anasını telefon almadığı üçün öldürən gəncə ağır cəza verildi
14:14 22.08.2019
Cəmiyyət
462
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 18-də Bakının Nərimanov rayonu ərazisində baş verib. 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb.
O, ilkin ifadəsində anasını ona "smartfon" telefon almadığı üçün öldürdüyünü deyib.
E.Müslümov bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.
Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.
Fevralın 19-u saat 16 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.
E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual