Anomal istilər nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Yusif Nəzərli
08:57 03.01.2023
Cəmiyyət
525
“Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir”.
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir:
“Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu 20,1 dərəcə isti olub”.
Xidmət rəisi onu da qeyd edib ki, yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
“Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var”, - U.Tağıyeva vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət