AQTA ilə bağlı ciddi faktlar var idi: "Yeni qurum yaradılsın"
Banuçiçək Kalbalıyeva
13:31 11.02.2021
Cəmiyyət
571
“İndi adı çəkilən şəxsin həbs edilməsi bu narazılıqların yuxarı ünvanlara çatdığını göstərir”
“Bəlkə də, AQTA-nın ləğvi və ya başqa quruma birləşdirilməsi barədə düşünmək olar”
“Bütün hallarda mexanizm təkmilləşdirilməlidir”
Vətəndaşların hüquqlarını pozan məmurların məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü tədbirləri davam etdirir. Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlu qanunsuz əməlləri ilə əlaqədar müvafiq qaydada məsuliyyətə cəlb olunub. Aparılan araşdırmalar nəticəsində onun pendir istehsalı ilə məşğul yerli sakindən külli miqdarda rüşvət aldığı üzə çıxıb.
Əslində, xüsusilə son vaxtlar adıçəkilən qurumla bağlı narazılıqlar artmaqdadır. Vaxtı keçmiş malların satılması, ərzaqların keyfiyyətsizliyi və s kimi faktlarla bağlı şikayətlərin sayı-hesabı yoxdur.
REAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, bu, zəruri addım idi:
“AQTA-nın uğursuz fəaliyyəti, o cümlədən regionlarda yararsız ətlərin satılmasına dair ciddi faktlar var idi. İndi adı çəkilən şəxsin həbs edilməsi bu narazılıqların yuxarı ünvanlara çatdığını göstərir.
Əlbəttə, ərzaq məhsullarına ən ciddi nəzarətçi məhz istehsalçılardır.
Elə sistem yaradılmalıdır ki, şikayətlərə operativ reaksiya verilsin. Bunun üçün isə sadəcə vəzifə sahiblərinin məsuliyyətə cəlb edilməsi kifayət deyil.
Effektiv qurum yaradılmalıdır. Bəlkə də, AQTA-nın ləğvi və ya başqa quruma birləşdirilməsi barədə düşünmək olar. Bütün hallarda mexanizm təkmilləşdirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı