Avtomobil təmirçiləri də hərbi forma geyinib işləyirlər
Yusif Nəzərli
10:10 22.01.2022
Cəmiyyət
809
Təkcə hərbi polis nəzarət edə bilməz, bələdiyyələr, icra nümayəndələri də bu işdə aktiv olmalıdır
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq işləri üzrə köməkçisi Şirin İsmayılov bildirib ki, “Hərbi xidmətkeçmə haqqında” əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Şirin İsmayılov onu da vurğulayıb ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.
Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə deyib ki, “hərbi qulluqçuların statusu” haqqında qanun qəbul olunandan sonra bu məsələ də həllini tapacaq. Ekspertin sözlərinə görə, indiki halda hərbi geyim məsələsi Müdafiə Nazirliyinin rəsmisi Şirin İsmayılovun dediyi kimi mövcud sənədlərlə tənzimlənir: “Geyim formasından istifadə hərbi rəislərin səlahiyyətində olan məsələdir. Əsgər, çavuş, gizir, MAXE təxris olunanda, istefaya göndəriləndə onların əmrlərində yazılır ki, “geyim formasını daşımaq hüququ verilir”. Onlara verilən vəsiqədə “xüsusi qeydlər” bölməsində həmin məqam əks olunur. Hərbi qulluqçunun əmrində belə bir cümlə varsa, istefada olduğu müddətdə rahat şəkildə hərbi formadan istifadə edə bilər. Əsgər və çavuşlar 20 il xidmət etmir. 20 il şərti zabitlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara aiddir”.
Ü.Cəfərov qeyd edib ki, 2020-ci ildən “Hərbi qulluqçuların statusu” haqqında qanun layihəsinin hazırlanmasında o da iştirak edib, öz təkliflərini verib:
“Avtomobil təmiri məntəqələrində və rayonlarda heç bir əlaqəsi olmadığı halda hərbi formalar geyinirlər. Hərbi polisimiz hərbi geyimlərlə bağlı məsələyə ciddi nəzarət etməlidir. Avtovağzalda, yaxud başqa yerlərdə iki əsgər qoymaqla bu işə tam nəzarət qeyri-mümkündür. Qurumlar prinsipial olmalıdır. Əlbəttə, hərbi geyimə nəzarət, sadəcə, Müdafiə Nazirliyinin üzərinə düşən məsələ deyil. Bütövlükdə cəmiyyət, bələdiyyələr, icra nümayəndələri də bu işdə aktiv olmalıdır. Sui-istifadə hallarına yol verilməməlidir”.
Polkovnik bəyan edib ki, əslində hərbi formanı daşımaq hüququna malik hərbçi onu ilin 365 günündə geyinə bilər. Amma yaxşı olar ki, hərbi forma xüsusi əlamətdar günlərdə, özəl tədbirlərdə geyinilsin: “Bununla bağlı qanun layihəsinə təklif də vermişik. Bəzi həvəskarlar ehtiyata buraxıldıqdan sonra belə hər gün hərbi forma ilə gəzirlər. Əlbəttə, indi bunu qadağan etmək olmaz, çünki mövcud qanuna görə, ona səlahiyyət verilib. Ancaq düşünürəm ki, hərbi mundirə hörmətlə yanaşanlar kiminsə rişxəndinə, iradına şərait yaratmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media