
Azərbaycan və Türkiyə səfirlərinin iştirakı ilə Bolnisidə şəhid Elvinin adına bulağın açılışı olub (FOTO)
17:17 08.11.2022
Cəmiyyət
422
8 noyabr – Zəfər Günü münasibətilə əslən Bolnisi bələdiyyəsinin Saraçlı kəndindən olan, II Qarabağ müharibəsi şəhidi Əlimərdanov Elvin İlham oğlunun xatirəsi əbədiləşdirilib.
24News.ge xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyə Respublikasının səfiri Ali Kaan Orbay Saraçlı kəndinin mərkəzində şəhid Elvin Əlimərdanovun adını daşıyan bulağa baş çəkərək, onun abidəsi önünə gül dəstələri qoyublar.
Şəhid Elvin Əlimərdanovun atası və əmisi II Qarabağ müharibəsi başlayan zaman onun könüllü şəkildə cəbhəyə yollandığını və Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olduğunu bildiriblər.
Şəhidin adına yaradılmış bulağı ziyarət etdikdən sonra, Azərbaycan və Türkiyənin ölkəmizdəki səfirləri kənd əhalisi ilə bir araya gəlib, şəhidin adına ehsan süfrəsi açılıb.

Məclisdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev şəhidin xatirəsini bir daha yad edərək bildirib ki, Azərbaycan dövləti II Qarabağ müharibəsi zamanı Gürcüstan azərbaycanlılarının dəstəyini hiss edib. Səfir, həmçinin Saraçlı kəndinə gələn Türkiyə səfirinə də təşəkkürünü bildirib və Azərbaycana göstərdiyi dəstəyə görə bu ölkəyə minnətdarlığını ifadə edib.
Türkiyənin ölkəmizdəki səfiri Ali Kaan Orbay isə öz növbəsində şəhidlərin hər zaman qürur mənbəyi olduğunu bildirib və ölkəsinin bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, mərasimdən hazırlanan daha geniş reportajı bu gün axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxlışında izləyə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region