Azərbaycanda bu stansiyalar köçürüləcək - RƏSMİ
08:23 17.12.2019
Cəmiyyət
568
Sumqayıt-Bakı sərnişin qatarında sıxlıq barədə məlumatım var. Özüm də gedib gəlmişəm, sərnişin sıxlığı kifayət qədərdir. Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır. Buradan həm də yük daşınır:
“Biz məcburuq ki, səhər 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik.
Bununla da Bakının xətlərini sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində altı qatar çalışırdı. Bu gün iki yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq.
Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik”.
C.Qurbanov bildirib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir:
“Amma gələn il “Ştadler” kompaniyası ilə danışıqlar aparacağıq ki, bir və ya iki qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya