Azərbaycanda daha 9 marşrut xətti üzrə müsabiqə elan edilib
15:10 05.06.2024
Cəmiyyət
370
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Naxçıvan, Bakı-Ağdaş, Bakı-Mingəçevir, Bakı-Gəncə və Sumqayıt-Lənkəran şəhərlərarası, paytaxtın 60 nömrəli şəhərdaxili, 141E, 150 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Agentlikdən bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 4 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən paytaxtın 60 nömrəli şəhərdaxili, 141E, 150 və 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə 4 Lot üzrə iyulun 12-də;
Bakı-Naxçıvan istiqamətində 4 Lot üzrə iyulun 16-da;
Bakı-Naxçıvan və Bakı-Ağdaş istiqamətlərində 4 Lot üzrə iyulun 19-da;
Bakı-Mingəçevir, Bakı-Gəncə və Sumqayıt-Lənkəran istiqamətlərində 3 Lot üzrə iyulun 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya