Azərbaycanda dördgünlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR
Yusif Nəzərli
14:22 04.05.2022
Cəmiyyət
493
“İşləyənlərin 65 faizinin əmək müqaviləsi olmadan işləməsi fonunda, dördgünlük iş rejiminin tətbiqi mümkünsüzdür”.
Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bir sıra ölkələrdə dördgünlük iş həftəsinə keçidlə bağlı müəyyən müzakirələrin getməsi fonunda Azərbaycanda da analoji rejimin tətbiqinin mümkün olub-olmamasından danışarkən deyib:
“Rəsmi etirafa görə, bu gün Azərbaycanda işləyənlərin cəmi 35 faizi əmək müqaviləsilə işləyir. Yerdə qalan 65 faiz isə əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışır. Ona görə də Azərbaycanda hələ həmin 65 faizi qeyri-formal əmək bazarından formal əmək bazarına cəlb etmək problemi var. Bu səbəbdən mövcud vəziyyətdə Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, dördgünlük iş həftəsi rejiminin tətbiqi mümkün deyil”.
Bununla belə, həmsöhbətimiz düşünür ki, hansısa özəl qurum sözügedən istiqamətdə şəxsi təşəbbüslər edə bilər və buna görə qanuna dəyişiklik etməyə ehtiyac yoxdur:
“Hansısa bir şirkət dördgünlük və yaxud dördsaatlıq iş günü tətbiq etsə, heç kim ona heç nə deyə bilməz. Şirkət sadəcə səkkiz saatdan artıq iş tətbiq etsə, 12 saatlıq iş rejimi qoysa, onda qanun işə düşə bilər.
Amma dünyanın heç bir ölkəsində dövlət sektorunda sözügedən istiqamətdə heç bir eksperiment aparılmır. Lakin Avropadakı bəzi kommersiya qurumları işlərini optimallaşdırıb, bəzi işçilərini məsafədən işə keçirməklə kiçik ofislər götürürlər. Yaxud da elə bir sistem qururlar ki, işçi hasilat normasını səkkiz saat əvəzinə dörd saata, yaxud altı gün əvəzinə dörd günə icra edir, ona görə də sonda dördgünlük iş alınır. Azərbaycanda da hansısa biznes qurumu iş həcminin saxlanılması şərtilə xərclərə qənaət etmək üçün bu metoddan yararlana bilər. Heç bir biznes xeyri olmadığı təqdirdə iş saatı və ya iş gününün azaldılmasına getməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm