Azərbaycanda şəhidin 12 yaşlı qardaşına qarşı cinayət törədilib
Yusif Nəzərli
18:10 17.02.2022
Cəmiyyət
497
Ağdaşın kəndlərinin birində yerləşən mağazada atasına kömək edən 2009-cu il təvəllüdlü Aydın İsayevə (şərti ad-soyadlı) hədə-qorxu gələrək mağazadan ümumilikdə 6000 manat dəyərindən artıq qida və qeyri-qida məhsulları, eləcə də nağd pul götürmüş 1997-ci il təvəllüdlü Namiq Məmmədov və 1996-cı il təvəllüdlü Urfan Şahbazov barəsində cinayət işi açılıb.
Publika.az xəbər verir ki, Vətən Müharibəsində şəhid olmuş şəxsin kiçik qardaşını siqaret çəkməsini atasına və digər şəxslərə deyərək hədələyən və onu rüsvay etməklə qorxudan şəxslər ötən ilin mart-may aylarında mağazadan hissə-hissə xeyli miqdarda mal götürüblər. Son olaraq onların etdikləri mayın 29-da kameraya düşüb və görüntülər şəhidin atası tərəfindən aidiyəti üzrə təqdim edilib.
O, bildirib ki, başı oğlunun abidəsinin hazırlanmasına və digər tədbirlərə qarışdığından kiçik oğlu mağazada olub. Bu müddətdə Namiq və Urfan 12 yaşlı Aydının siqaret çəkməsini bildiklərini və onu biabır edəcəklərini deyərək mağazadan xeyli miqdarda ərzaq və qeyri-ərzaq malları götürüblər. Bəzi hallarda onlar Aydından kameranın olmadığı yerdə pul alıb, daha sonra kameranın altında ona verib, guya özləri ilə gətirdikləri pulla alver etdiklərini göstərmək istəyiblər.
Təqsirləndirilən şəxslər deyilənləri təsdiq etməyib və onlara şər atıldığını deyiblər. Onlardan biri qeyd edib ki, özü də Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra kəndə qayıdarkən maşınlar siqnal verib və bu şəhidin ailəsinə pis təsir edib. Bu səbəbdən də şəhidin ailəsi onun həbs edilməsinə çalışıblar.
Ağdaş rayon Məhkəməsi hər iki şəxsi Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilib. Onların hər biri 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca həbs eidliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region