“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək

Türkiyənin “Beşiktaş” klubu ilə İsrailin “Hapoel Beer-Sheva” komandası arasında UEFA Avropa Liqasının oyununun keçiriləcəyi məkan müəyyənləşib.

Sherg.az xəbər verir ki, qarşılaşma Gürcüstanın Batumi şəhərində azarkeşlərin iştirakı ilə keçiriləcək.

“Beşiktaş”ın səlahiyyətli qurumlarla apardığı danışıqlardan sonra oyunun Batumidə təşkili dəqiqləşib.

Qeyd edək ki, “Beşiktaş” – “Hapoel Beer-Sheva” matçı noyabrın 26-da, cümə axşamı günü baş tutacaq.