Azərbaycanda şirin su ehtiyatları azalmağa başlayıb
Yusif Nəzərli
22:30 17.05.2022
Cəmiyyət
512
İsrafçılığın qarşısı alınmasa, bizi böyük fəlakətlər gözləyir
"Sudan qənaətlə istifadəni təmin etmək üçün fərdi şəkildə artezian sularından istifadənin də qadağan edilməsi vacib haldır"
"Əgər 2010-cu ildəki daşqınları nəzərə almasaq bu tarixdən etibarən Azərbaycanda şirin su ehtiyatları azalmağa başlayıb".
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev deyib. Onun sözlərinə görə, Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır: "Su ehtiyatlarının azalması özünü kənd təsərrüfatı sektorunda da göstərməkdədir. Belə bir təzadlı məqam da yaranıb. Şirin su ehtiyatlarının azalmasına baxmayaraq kənd təsərrüfatı sektoru inkişaf edir. Nazirlik olaraq bizim məqsədimiz ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu üçün, əhalinin qida ehtiyaclarına uyğun olaraq əkin sahələrini mütəmadi olaraq subsidiyalar və digər vasitələrlə dəstəkləməklə məhsul istehsalının artırılmasıdır".
F.Tağıyev deyib ki, su balansına əsasən ölkəmizdə yerüstü su ehtiyatları 34-36 milyard kubmetr təşkil edir. Amma bundan cəmi 12 milyard kubmetri istehlakdır. Həmin ehtiyatların 6 milyard kubmetri suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetri içməli su istehsalı və digər məqsədlərə, 3-4 milyard kubmetri isə nəqliyyat zamanı müəyyən məqsədlərə sərf olunur.
Bu onu göstərir ki, biz bu su ehtiyatını rezervuarlarda yığa bilsək bizim su problemlərimiz böyük ölçüdə həll oluna bilərdi.
Ekoloq Telman Zeynalov da “Şərq”ə açıqlamasında Azərbaycanda şirin su ehtiyatlarının kəskin azalmasını təsdiqləyib. Buna isə başlıca səbəb kimi quraqlıq və ekoloji balansın pozulmasını göstərib. Vəziyyətdən yeganə çıxış yolu isə yağışın yağması, çayların su ilə dolmasıdır. Amma bu bizim iradəmizdən asılı olmadığı üçün sudan səmərəli istifadə etməklə su qıtlığının qarşısını ala bilərik: “Azərbaycanda yağış sularından səmərəli istifadə edilmir. Böyük anbarlara yığılan suyu isə ayrı-ayrı fermerlər israf edir. Bu sahədə problemlər çoxdur. Yerlərdəki icra orqanları isə onların qarşısını ala bilmir.
Hesab edirəm ki, ölkə başçısı səviyyəsində su israfçılığı ilə məşğul olan şəxslərlə bağlı sərt qərarlar verilməlidir. Əsas məsələ insanların sudan istifadəsini düzgün təşkil etməkdir.
Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə ilk növbədə kənd təsərrüfatında suvarma sistemləri təkmilləşdirilməlidir. Sudan qənaətlə istifadəni təmin etmək üçün fərdi şəkildə artezian sularından istifadənin də qadağan edilməsi vacib haldır. Hər imkanlı sahibkar bir quyu qazıb artezian sularından necə gəldi istifadə edir və nəticədə əhalinin kasıb təbəqəsinin kənd təsərrüfatı susuz qalır. Artezian quyularının qazılması Fövqəladə Hallar Nazirliyinin tabeliyindədir və qurum bu sahəyə ciddi nəzarət etməlidir.
Bunun qarşısını almaq üçün də xüsusi Dövlət Proqramı hazırlanmalı və Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürməlidir. Çünki bu sahədə çox özbaşınalıq var. Kimin ürəyi necə istəyir o cür də israfçılıq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət