Azərbaycanda uşaqlara bəzi adların qoyulması qadağan edilə bilər
Yusif Nəzərli
08:24 21.01.2022
Cəmiyyət
478
“Azərbaycanda adların qoyulması məsələsi tənzimlənə bilər”.
Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib. O bildirib ki, problemin günahı əsasən nikah şöbələrindədir: “Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyur. Bu, gələcəyə təsirini göstərəcək. İndi hiss etmirlər. Nikah şöbələrində oturan bəzi şəxslərin də səviyyəsi imkan vermir ki, belə halların qarşısı alınsın. Bu, bizim genofondumuza böyük ziyan vuracaq”.
N. Məmmədli qeyd edib ki, bəzi adların qoyulması qadağan oluna bilər: “Bununla bağlı kitab hazırlayacağıq. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələri ilə müqavilə bağlamağa çalışacağıq. Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bəzən həmin xalqların nümayəndələri özləri də gülür ki, biz bu adı əşyaya, quşa veririk, siz bunları insanlara ad kimi qoyursunuz. Bəzən ailədəki digər şəxsin adına uyğunluq məqsədilə, bəzən də əcnəbi dildən gələn adlar qoyulur. Bundan başqa, bir hərflə mənası başqa olan sözlər bəzən pis məna daşısa da, uşaqlara səhvən qoyulur. Ad seçəndə mənasına baxmaq lazımdır. Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Uşaqlar böyüyəndə, başa düşəndə bəzən onun üçün utancverici olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya