Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər - YENİLƏNİB
Yusif Nəzərli
06:03 02.11.2022
Cəmiyyət
540
“Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olmaq üçün əraziyə gedən zaman qəzaya düşüblər.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, qurumun rəhbər heyəti mütəmadi olaraq əraziyə bu cür səfərlər edirlər. Baş vermiş qəzaya səbəb yoldan keçən avtomobillərdən birinin qurumun xidməti avtomobilinə çırpılması olub:
“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Qəza nəticəsində xəsarət alan qurum rəsmiləri - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir Almaszadə xəstəxanada ilkin həkim müayinəsindən sonra evə buraxılıblar. Müalicələrini evdə davam etdirirlər.
09:34
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm