Azərbaycanın tikinti bazarında durğunluq təmir işlərinə ciddi təsir edib - ARAŞDIRMA
Yusif Nəzərli
15:55 16.02.2022
Cəmiyyət
699
Dünyada tikinti materiallarına artan tələbat paralel olaraq onların qiymətlərini də sürətlə artırır. Bu isə təbiidir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin tədricən yumşaldılması ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən tikinti sektoru canlanmağa başlayıb. Bu sahə iqtisadi artımın əsas drayverlərindən biri olduğu üçün qiymət artımının burada özünü göstərməsi normaldır.
Bununla belə, bahalaşma həm də dünyada yükdaşımaların qiymətinin artması və vaqon çatışmazlığı ilə bağlıdır. Materialın gətirildiyi ölkədən və növündən asılı olaraq avtomobil nəqliyyatı ilə logistika xərcləri 10-25%, dəmir yolu ilə 20-90% artıb. Şüşə üçün son qiymətdə daşınma dəyəri 10-20%, istilik izolyasiyası üçün - 20-30%, sement üçün 30-40%, qeyri-metal materialları üçün isə 50-90% təşkil edir.
İnşaat materiallarının qiymətinin qalxması həm ayrı-ayrı adamları, həm də konkret olaraq bu işə biznes kimi baxan şəxsləri ev təmiri işini yarımçıq qoymağa məcbur edib. Bəziləri bu hala müvəqqəti baxır, düşünürlər ki, qiymətlərdə enmə olacaq və onlar yarımçıq işlərinə davam edə biləcəklər. Amma ekspertlər bu cür optimist deyillər.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Report”a bildirib ki, tikinti materialların qiymətinin düşmə ehtimalı yoxdur. Çünki qiymətin düşməsi üçün hər hansısa bir səbəb olmalıdır:
“Məsələn, tikinti materiallarında Əlavə Dəyər Vergisi (ƏDV) aşağı salınsa, xarici ölkələrdən tikinti materiallarının idxalı zamanı gömrük rüsumu endirilsə, qiymətlərə təsir edər. Amma indiki reallıqla qiymətlərin aşağı düşməsi inandırıcı deyil. Əksinə, ola bilər ki, dünyadakı proseslərə görə, inşaat materiallarının qiyməti qalxsın.
Ekspert bildirib ki, tikintidə əsas istifadə olunan taxtadır ki, Rusiyadan gətirilir: "Onun qiyməti iki dəfədən çox qalxıb. Əvvəl kubu 230-240 manat olan taxtanı indi 500 manatdan aşağı tapmaq olmur.
Son bir ildə vint, mismar, armatur kimi materialların qiyməti iki dəfə qalxıb. Digərlərində isə 30-40 % artım baş verib”.
Qiymət artımının nə qədər olduğunu öyrənmək üçün konkret olaraq tikinti materialları bazarında çalışan mütəxəssislə həmsöhbət olduq.
Elgiz Eyvazov adlı iş adamı bildirdi ki, ötən illə müqayisə etsək, bu il 25-lik borunun 1 metrinin qiyməti 30 qəpik qalxıb:
“Əvvəl, həmin qiymət 1,45 manat idisə, hazırda 1,75 manata satılır. Ümumilikdə, santexnika materiallarının qiyməti 30-35 qəpik qalxıb”.
E.Eyvazov bildirib ki, tək-tək materiallar aldıqda bu qiymət artımı bəlkə də hiss olunmur: “Amma evini təmir etmək üçün bazara üz tutan adam malları aldıqdan sonra yekunda böyük fərq görə bilər. Əvvəl 3 otaqlı mənzilin təmiri üçün keyfiyyətli santexnika materialları 1 500 manata başa gəlirdisə, indi isə 2 000 manatdan çox xərc çıxır. Yekun olaraq 500-700 manat fərq edir”.
İş adamı onu da əlavə edib ki, qiymət artımına görə, santexnika materialları bazarı demək olar ki, çöküb: “Bazara gələn yoxdur. Bu hal Dərnəgüldə, Sədərəkdə, Xırdalan və 8-ci kilometr bazarlarında müşahidə olunur”.
Azərbaycanda tikinti materiallarının bahalaşma səbəbini şərh edərkən Azərbaycan Tikinti Materiallarının İstehsalı Assosiasiyasından bildirilib ki, inşaat materiallarının qiymətinin qalxmasının başlıca səbəbi yalnız xüsusi növ məhsulların xammalının (sement və s.) qiymətinin artımı ilə əlaqəlidir.
2021-ci il ərzində Azərbaycanda investisiyaların 1 milyard 029,5 milyon manatı (6,4 %-i) yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol