Bakı aeroportu Formula 1-lə bağlı müraciət edib
Yusif Nəzərli
05:50 09.09.2024
Cəmiyyət
517
Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmağı tövsiyə edir.
Bu barədə “Sherg.az” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:
- Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
- Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
- Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.
- “Aeroexpress” xidmətindən istifadə etmək: “28 may” metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatından istifadə edin.
- Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
- Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
- Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi