Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA
07:04 06.05.2021
Cəmiyyət
430
Sosial şəbəkələrdə bulvar ərazisində qoyulan dəmir arakəsmələrlə bağlı bir sıra məlumatlar yayılıb. Ərazidə hər hansı tikinti işlərinə hazırlıq aparıldığına dair iddialar irəli sürülür.
İddialarda bu ərazidə yeni iaşə obyektinin olacağı da səsləndirilir.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva iddiaların əsassız olduğunu bildirib:
“Sözügedən ərazidə heç bir tikinti işlərinə hazırlıq getmir və ya yeni tikintinin aparılması gözlənilmir. Bu məlumatlar tamamilə əsassızdır. Dəmir baryerlərin qoyulması ərazidə təmir-bərpa işlərinə zərurət olduğu zaman qoyulur. Dəmir baryerlərin qoyulmasına səbəb döşəmələrdəki çatlar və bir qisminin yararsız hala düşməsidir. Həmin yararsız hala düşən döşəmələr yeniləri ilə bərpa edilir. Bu da bulvar ərazisində istirahət edən insanların rahat hərəkətini təmin etmək üçün atılan addımdır”.
“Bulvar ərazisində gələcəkdə hər hansı yeni layihələrin, tikinti işlərinin aparılması nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə heç bir məlumat yoxdur”, - deyə K.İmamverdiyeva qeyd edib./Oxu,Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət