Bakı metrosunun üç stansiyasının iş vaxtı artırılacaq
Yusif Nəzərli
08:07 02.11.2022
Cəmiyyət
306
Sabah “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” futbol klubunun keçirəcəyi oyunla əlaqədar metronun iş rejimində dəyişikliklər ediləcək, üç stansiyanın iş vaxtı artırılacaq.
Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Məlumata görə, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni”nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzilbaşına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saat 01:00-a qədər uzadılacaq.
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi