Bakı-Minsk reysində vəfat edən sərnişin azərbaycanlı imiş - YENİLƏNİB
Yusif Nəzərli
11:37 05.05.2022
Cəmiyyət
524
Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəllüdlü azərbaycanlının (adı açıqlanmır) halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.
Bu barədə “Report”a Belarusun “Belavia” aviaşirkətindən məlumat verilib.
Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.
“Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak veriblər. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı məlumat verib və Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib”, - aviaşirkətdən bildirilib.
Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:
“Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq”.
Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.
12:21
Səhər saatlarında Bakıdan Belarusun paytaxtı Minskə uçan təyyarənin sərnişininin vəziyyəti pisləşib. “В2740” səfər saylı təyyarə Rusiyanın Samara şəhərinə təcili eniş edib.
Xəstə olan 64 yaşlı sərnişin “Kurumoç” hava limanında vəfat edib.
Hadisə ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Fakt araşdırılır.
Mənbə: Volga.news
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı